Pərvin günə 1000 manat istəyir

17:38 - 27 Mart 2024 - MAQAZİN

Pərvin Abıyeva film və seriallardan aldığı qonorarını açıqlayıb. 

Ucnoqta.az bizim.media-ya istinadla xəbər verir ki,  bu barədə özü "Dəyişən cavab" verilişində danışıb. 

Aktrisa bildirib ki, gününə 1000 manat qonorar tələb edir: 

"Son 7 ildir ki, mən heç bir seriala çəkilmirəm. Film sahəsinə gəldiyim zaman bir günə 500 manata çəkilmişəm. Seriallardan gələn təklifi qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib. Misal üçün, rejissorla deyirəm ki, çəkilirəm, amma günü 1000 manata. Razılaşırlar. Amma 1 ayda çəkilməli olan serialı mənə 10 gündə çəkdirirlər". 

Xəbər xətti