Kuleba martın 28-də Nyu-Dehliyə səfər edəcək

16:17 - 27 Mart 2024 - DÜNYA

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın 28-də Yeni Dehliyə iki günlük rəsmi səfərə gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

Səfər zamanı xarici işlər naziri Kuleba bir sıra görüşlər keçirəcək, o cümlədən xarici işlər naziri və Hindistan Baş nazirinin Milli Təhlükəsizlik Müşavirinin müavini ilə rəsmi görüşlər keçirəcək.

Hindistan XİN-in məlumatına görə, Kulebanın Hindistan işgüzar dairələrinin nümayəndələri ilə də görüşəcəyi gözlənilir.///tass

Xəbər xətti