Maştağanın qaz təchizatı dayandırılacaq

15:11 - 27 Mart 2024 - Xəbər

“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti