Bakının ən böyük avtomobil dayanacağında parkinq qiymətləri 170% bahalaşır – Yeni tariflər

12:41 - 27 Mart 2024 - Xəbər

Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat – 1 manat;

2-4 saat – 2 manat;

4-6 saat – 3 manat;

6-10 saat – 4 manat;

10-12 saat – 5 manat;

12-24 saat – 8 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);

Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);

Qonşular tarifi – 50 manat (20 manat).

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.///oxu.az


Xəbər xətti