Qalada qanunsuz tikililər sökülüb - VİDEO

12:12 - 27 Mart 2024 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktlarını aşkar edib.

Bu barədə Ucnoqta.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikililər sökülüb.

Xəbər xətti