Ötən gün vətəndaşlardan 9 tüfəng, 3 qumbara götürülüb

09:59 - 27 Mart 2024 - ÖLKƏ İÇİ

Polis əməkdaşları ötən gün vətəndaşlardan silah və qumbaralar götürüblər.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Xəbər xətti