Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə bilərəm - Tramp

05:33 - 19 Mart 2024 - DÜNYA

Seçkidə qalib gəlsəm, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə biləcəm.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində deyib.

"Biz onları bir araya gətirməliyik və mən deyəcəyəm: siz bunu etməlisiniz. Mən onların hər birinə müəyyən şeylər deyəcəyəm ki, onları bütün dünyaya səsləndirməyəcəm. Amma mən güman edirəm ki, uğur qazanacağam” - Tramp bildirib.

Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu da qeyd edib.

Xəbər xətti