"Bizdə seçki sistemi şəffafdır" - Peskov

11:12 - 18 Mart 2024 - DÜNYA

Peskov Putinin Rusiya prezident seçkilərindəki nəticəsini görünməmiş nəticə adlandırıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xarici jurnalistlə söhbətində deyib.

“Baxın, 24 illik hakimiyyətdən sonra təxminən 87% inanılmaz dərəcədə görünməmiş nəticədir”, - Peskov bildirib.

Onun sözlərinə görə, bu rəqəm düzgündür çünki bizdə hər şey çox şəffafdır, seçki sistemi şəffafdır. O əlavə edib ki, bütün maraqlı müşahidəçilər bunu özləri yoxlaya bilərlər və biz Rusiyada arzuolunmaz kimi tanınan təşkilatlardan danışmırıq.

Xəbər xətti