Sosial ödənişlərin veriləcəyi tarix açıqlanıb

10:17 - 18 Mart 2024 - Cəmiyyət

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. 

Bu barədə Ucnoqta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Qeyd edək ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkənin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Xəbər xətti