Ceyranbatanda ferma uçub, 16 heyvan tələf olub

18:51 - 2 Mart 2024 - HADİSƏ

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fərdi fermada tavan çöküb, 16 baş iribuynuzlu heyvan tələf olub.

APA xəbər verir ki, hadisə Abbasov Yadigara məxsus fərdi fermada qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkünə məxsus fərdi fermada bu gün günorta saatlarında uçan beton tavan iribuynuzlu heyvanların hamısını tələf edib.

Qeyd edək ki, heyvanlar köhnə tikilidə olub, hadisəyə səbəb isə beton plitənin çökməsi olub. Fakt araşdırılır.

Xəbər xətti