Qazaxıstanda baş nazirin keçmiş müşaviri həbs olunub

19:46 - 1 Mart 2024 - DÜNYA

Qazaxıstanın mədəniyyət və idman nazirinin keçmiş müavini hüquq-mühafizə orqanları tərəfindən “ağır korrupsiya cinayəti” törətməkdə şübhəli bilinərək saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti məlumat yayıb.

Məlumata görə, aparılan ibtidai istintaq çərçivəsində ağır korrupsiya cinayəti törətməkdə şübhəli bilinən keçmiş mədəniyyət və idman nazirinin müavini saxlanılıb. Hazırda şübhəli şəxs Almatı polis idarəsinin müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Saxlanılan şəxsin adı açıqlanmır. Qazaxıstan KİV-i xəbər verir ki, söhbət 2021-2022-ci illərdə də baş nazirin müşaviri vəzifəsində çalışmış və sabiq nazir Əsgər Maminin əmri ilə bu vəzifəyə təyin edilmiş Erlan Kojaqapanovdan gedir.

Xəbər xətti