Ermənistan KTMT-dən çıxmağı istisna etmir

15:46 - 29 Fevral 2024 - DÜNYA

Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu sözləri brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Heç bir vektorun və ya buna bənzər bir şeyin dəyişdirilməsindən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq qərarı yoxdur, amma ola bilsin ki, biz bunu istisna etmirik. Bizim cəmiyyət də bu haqda danışırsa, belə bir tələbin olduğunu deyə bilərik”, - Simonyan bildirib.

Xəbər xətti