Qəzzada ölənlərin sayı 30 mini keçdi

13:34 - 29 Fevral 2024 - DÜNYA

Qəzza zolağında həlak olan fələstinlilərin sayı 30 mini keçib, 70 mindən çox insan isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində məlumat verib.

“Qəzzada ölənlərin sayı 30 mini keçib, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır. 70 mindən çox fələstinli yaralanıb. Bu, dəhşətli zorakılıqdır və əzablara son qoyulmalıdır”, - deyə o yazıb.

Xəbər xətti