Pakistanda təhlükəsizlik qüvvələri 6 terrorçunu məhv edib

12:05 - 29 Fevral 2024 - DÜNYA

Pakistan ordusunun Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətinin şimal-qərbində, Şimali Vəziristan rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı ekstremist qrupların azı 6 silahlısı öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Nazirliyinin (ISPR) press-relizində deyilir.

Qeyd edilir ki, məhv edilən ekstremistlər mülki şəxslərin qətlində, qəsb edilməsində və oğurlanmasında iştirak ediblər.

Xəbər xətti