Rusiya Ermənistanla təmaslarını davam etdirir - Peskov

14:09 - 26 Fevral 2024 - DÜNYA

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT üzvlüyünün “dondurulması” ilə bağlı bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanla təmaslarını davam etdirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın mövqeyini anlamır.

"Müvafiq sənədlərin mətnindən çıxış etsək, belə bir rejim sadəcə olaraq de-yure mövcud deyil", - Peskov bildirib.

"Bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız var. Təbii ki, biz bunu aydınlaşdıracağıq. Ünsiyyət quracağıq, öyrənəcəyik".

Xəbər xətti