İmişlinin qaz təchizatı dayandırılacaq

09:52 - 26 Fevral 2024 - Cəmiyyət

SOCAR-ın “Qaz İxrac” idarəsi tərəfindən “İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin “İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı 26.02.2024-cü il tarixində saat 14:00-dan 18:00-dək “İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti