Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub

16:34 - 25 Fevral 2024 - ÖLKƏ İÇİ

Qəbələ şəhərində “Mercedes Vito” markalı mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye xəsarət alıb.

Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin yolların buz bağlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti