Qadınları şantaj edən şəxs saxlanıldı

11:30 - 24 Fevral 2024 - Xəbər

Naxçıvanda qadınların adına "TikTok" profili açıb, sonra bağlamaq üçün hədə-qorxu ilə pul tələb edən şəxs polis tərəfindən saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Bir neçə qadın “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir. 

Xəbər xətti