Bu şəxslər 50 manat CƏRİMƏLƏNƏCƏK

15:45 - 23 Fevral 2024 - Cəmiyyət

Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.

Bu barədə "Report" un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir", - deyə məlumatda qeyd olunub.

Xəbər xətti