Gürcüstan Hərbi Yolu ağır yük maşınları üçün bağlandı

08:26 - 23 Fevral 2024 - DÜNYA

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qar səbəbindən Gürcüstan Hərbi Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolunu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Qar səbəbindən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində (Rusiya Federasiyası ilə sərhəd) qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” - məlumatda ​​deyilir.

Bildirilir ki, avtomobillər yolda dayanmadan və yalnız uçqunlardan qorunan tunellərlə hərəkət edəcək.

Xəbər xətti