“WhatsApp”da yeni funksiya

12:10 - 22 Fevral 2024 - DİGƏR

“WhatsApp” tərtibatçıları messencerə yeni mətn formatı seçimləri əlavə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Verge yazıb. Məlumata görə, indi siz sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilərsiniz.

Qalın (*Mətn*), kursivlə (_Mətn_), üstü çəkilmiş (Mətn) və birboşluqlu şriftlə (```Mətn```) mətni vurğulamaq üçün mövcud üsullara yeni seçimlər əlavə edilmişdir. Beləliklə, markerlər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq mümkün olub.

Bundan əlavə, WhatsApp istifadəçiləri formatlaşdırmanı (Mətn) qoruyarkən indi sitatı (>Mətn) vurğulaya və kod parçalarını yapışdıra bilərlər.

Oxşar mətn formatlama üsulları Telegram-da da mövcuddur. Bununla belə, Pavel Durovun messencerində bu, daha sadə şəkildə həyata keçirilir - sadəcə istədiyiniz mətni seçin və açılan menyuda formatlama növünü seçin.

Yeni funksiyalar artıq Android, iOS, Mac və messencerin veb versiyasında bütün WhatsApp istifadəçiləri üçün əlçatandır. Yeni formatlaşdırmanın Windows proqramında işləyib-işləmədiyi göstərilməyib.


Xəbər xətti