83 yaşlı cinayətkar altı ayda yeddi bankı qarət edib

00:11 - 22 Fevral 2024 - MARAQLI

ABŞ-da (Jumping Bandit –Tullanan cani) kimi tanınan 83 yaşlı Donald Bennet 7 bankı qarət etdiyi üçün saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Yaşlı cinayətkar və onun ortağı, 55 yaşlı Edvard Binnert fevralın 14-də İllinoys ştatında silahlı bank quldurluğu ittihamı ilə həbs edilib. Bennett bank işçisinə silah doğrultaraq, ona 7 min dollar verməyə məcbur edib. Eyni zamanda onun üzü tibbi maska ilə gizlədilib, başında isə şabalıdı parik olub.

Məlum olub ki, Bennett və Bienert altı ay ərzində Çikaqo ərazisində yeddi bank quldurluğu törədiblər. O cümlədən avqustun 25-də onlar əməkdaşları tapança ilə hədələyərək 30,9 min dollar götürüblər. 

Cinayətkarlar sonuncu soyğundan sonra yaxalanıblar, çünki Bennet son soyğunda istifadə etdiyi avtomobili əsl adı ilə icarəyə götürüb.
Bennet kriminal karyerasına 60-cı illərdə başlayıb. Daha sonra polislər ona və onun ortağına “Tullanan cani” ləqəbi qoydular, çünki Bennettin quldurluq zamanı bank kassalarının üstünə tullanmaq vərdişi var idi. O, ilk 24 illik həbs cəzasını 1967-ci ildə silahlı soyğunçuluğa görə alıb. 1989-cu ildə azadlığa çıxandan dərhal sonra bir sıra yeni cinayətlər törədib, 31 il müddətinə azadlıqdan məhrum edilib və 2020-ci ildə azadlığa çıxıb. Bennett və Bienert 2006-cı ildə dəmir barmaqlıqlar arxasında görüşdülər və görünür, o vaxtdan bəri yeni cinayətlər planlaşdırırlar.

Xəbər xətti