2024-cü il maqnit qasırğası ilə başlayacaq

11:26 - 8 Dekabr 2023 - Xəbər

Astronomlar 31 dekabr 2023-cü il və 1 yanvar 2024-cü il tarixlərində maqnit qasırğası olacağını proqnozlaşdırırlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat İKI və ISTP-nin Günəş Astronomiya Laboratoriyasının saytında dərc edilib.

Mütəxəssislərin fikrincə, maqnit qasırğası o qədər də güclü olmayacaq - G1 sinfi.

2023-cü ilin dekabrında aşağıdakı günlərdə də zəif maqnit qasırğaları gözlənilir: 18, 19 və 22 dekabr.

Xatırladaq ki, ayın əvvəlində Yer kürəsini G3 səviyyəli güclü maqnit qasırğası vurmuşdu. Sinoptiklər bu maqnit qasırğasının 2023-cü ilin ən güclülərindən biri olduğunu bildiriblər. 

Xəbər xətti