2023-cü ilin noyabr ayı tarixdə ən isti ay olub

15:32 - 7 Dekabr 2023 - Cəmiyyət

2023-cü ilin noyabr ayı səth havasının orta temperaturu +14,22 dərəcə ilə qlobal miqyasda ən isti noyabr ayı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FOBOS hava mərkəzi Kopernik iqlim dəyişikliyi xidmətinə istinadən məlumat yayıb.

Orta Dəyişiklikli Hava Proqnozları üzrə Avropa Mərkəzi tərəfindən yaradılmış Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) müntəzəm olaraq qlobal səth havası və dəniz temperaturunda, dəniz buz örtüyündə və hidroloji dəyişənlərdə müşahidə edilən dəyişikliklər barədə hesabat verən aylıq iqlim bülletenləri dərc edir.

Onların sözlərinə görə, 2023-cü ilin noyabr ayı 1991-2020-ci illərin noyabr göstəriciləri ilə müqayisədə 0,85 dərəcə, ən isti keçən noyabrdan - 2020-ci ildən isə 0,32 dərəcə yüksək olub. Tədqiqatçılar həmçinin Arktikada dəniz buzunun həcminin noyabr ayı üçün səkkizinci ən aşağı səviyyəsinə çatdığını müəyyən ediblər.

Xəbər xətti