Ermənistan iki ölkə vətəndaşları üçün viza rejimini sadələşdirir

15:27 - 7 Dekabr 2023 - DÜNYA

Ermənistan İndoneziya və Panama vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar hökumətin cümə axşamı keçirilən iclasında təsdiq edilib. İndi İndoneziya vətəndaşları Ermənistana gəldikdən sonra viza ala biləcəklər. İki ölkə arasında bu rejimin qarşılıqlı tətbiqi ilə bağlı razılıq əldə olunub ki, buna əsasən Ermənistan vətəndaşları, o cümlədən turistlər də İndoneziyaya vizasız daxil ola biləcəklər.

Eyni qərarla Panama həm də qarşılıqlılıq prinsipi ilə viza rejimi olan ölkələr siyahısından çıxarılacaq, çünki 2023-cü ilin sentyabrından bu ölkənin vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər.

Xəbər xətti