İsrail ordusu Livandakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib

14:46 - 7 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri qırıcıları yəhudi dövlətinin şimalının Livandan atəşə tutulmasına cavab olaraq şiə təşkilatı Hizbullahın hərbi hədəflərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan İsrail ərazisinə bir neçə mərmi atışı qeydə alınıb. Buna cavab olaraq İDF buraxılışların edildiyi yerlərə atəş açıb", - məlumatda deyilir.

Hücum edilən hədəflər arasında İsrail hərbçiləri “terror infrastrukturu, raket obyektləri, “Hizbullah” terror təşkilatına aid hərbi mövqelər və obyektləri” qeyd edib.

Xəbər xətti