Telman Nizamov vəfat etdi - FOTO

10:28 - 6 Dekabr 2023 - Cəmiyyət

Milli Aviasiya Akademiyasının Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktor müavini Telman Nizamov vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, texnika elmləri doktoru, Əməkdar mühəndis T.Nizamov uzun illər Milli Aviasiya Akademiyasında çalışıb. O, Akademiyanın Konstruktor Bürosuna rəhbərlik edib. T.Nizamov Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyalarının akademiki, Dövlət mükafatı laureatıdır.

O, həmçinin bu ilin yanvar ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.


Xəbər xətti