Kişida Baydenə başsağlığı verib

08:04 - 6 Dekabr 2023 - DÜNYA

Yaponiyanın baş naziri Fumio Kişida noyabrın 29-da Yakusima sahillərində “Osprey” gəmisinin qəzaya uğraması nəticəsində ABŞ hərbçilərinin həlak olması ilə bağlı ABŞ prezidenti Co Baydenə başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xarici işlər naziri Yoko Kamikava və müdafiə naziri Minoru Kihara da amerikalı həmkarlarına başsağlığı verib. 

ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı çərşənbə günü bildirib ki, hərbi təyyarənin ekipajının səkkiz üzvünün hamısı həlak olub.

Xəbər xətti