Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəddə nəzarət rejimini uzadıb

17:17 - 5 Dekabr 2023 - DÜNYA

Almaniyanın daxili işlər naziri Nensi Feser (SPD) qanunsuz miqrantlarla mübarizə məqsədilə Polşa, Çexiya və İsveçrə ilə sərhəddə stasionar nəzarəti dekabrın 15-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tagesschau xəbər portalı Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, federal polis indi vəziyyətdən asılı olaraq bütün stasionar və mobil sərhəd təhlükəsizliyi tədbirlərini çevik şəkildə tətbiq etməyə davam edə bilər. Feserin sözçüsünə görə, bu cür addımlar bəhrəsini verir, ona görə də biz onlardan yapışmalıyıq. O, həmçinin qeyd edib ki, oktyabrın 16-da belə tədbirlərin tətbiqindən sonra federal polis Polşa ilə sərhəddə 1,1 min nəfərin qarşısını ala və 3,3 minə yaxın qanunsuz miqrasiya cəhdinin qarşısını ala bilib.

Oktyabrın ortalarında Feser polisə 2015-ci ildən Avstriya ilə sərhəddə olduğu kimi üç ölkənin sərhədində stasionar yoxlamalara başlamağı tapşırmışdı.

Xəbər xətti