Ermənistanda noyabrda benzin il ərzində 10,8% artıb, dizel yanacağı isə 6,2% ucuzlaşıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabr ayında həmin ilin oktyabr ayı ilə müqayisədə benzinin qiymətləri 0,5% ucuzlaşıb, dizel yanacağının qiymətləri isə 0,7% artıb.
 
Bu ilin noyabr ayında ötən ilin dekabr ayı ilə müqayisədə benzin və dizel yanacağının qiymətləri müvafiq olaraq 24,9% və 1,1% artıb. 
                       
                                             
                            
                             
                       
                       
                    
