Poroşenkonun ABŞ-a getməsinə icazə verilmədi

13:23 - 1 Dekabr 2023 - DÜNYA

Ukraynanın keçmiş prezidenti, müxalif “Avropa Həmrəyliyi” partiyasının rəhbəri Pyotr Poroşenko xaricə buraxılmayıb.

Ucnoqta.az xəbər verir ki, Poroşenko bildirib ki, rəsmi ezamiyyətdə olmasına baxmayaraq, sərhədçilər onun dövlət ərazisini tərk etməsinə icazə verməyiblər.

“Sərhədçilərin öz təşəbbüsü ilə hərəkət etməsi fikrindən uzağam. Parlament sədrinin imzaladığı sənədi kimin ləğv etdiyini hər kəs özü təxmin edə bilər”, - Poroşenko qeyd edib.

O əlavə edib ki, o, Polşa və ABŞ-da Qərb rəsmiləri ilə onlarla görüşdə iştirak etməyi planlaşdırır. Poroşenko Vaşinqtona səfəri zamanı xüsusilə Nümayəndələr Palatasının yeni sədri Mayk Consonla danışmağa hazırlaşdığını vurğulayıb.

Ötən il Ukraynanın eks-prezidenti artıq dövlət ərazisini tərk etmək problemi ilə üzləşib. Sərhədçilər Poroşenkoya iki dəfə sərhədi tərk etməyə icazə verməyiblər. Lakin üçüncü cəhddə ölkənin keçmiş lideri yenə də Avropaya ezamiyyətə getməyi bacarıb.

Xəbər xətti