HƏMAS daha 6 girovu azad edib

01:47 - 1 Dekabr 2023 - DÜNYA

HƏMAS daha 6 girovu azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, altı girov İsrail ərazisinə doğru gedir”, - məlumatda deyilir.

Qeyd olunduğu kimi, azad edilən girovlar Misirdən keçməklə Kerem Şalom keçid məntəqəsinə qədər İsrailə gedirlər. Təhlükəsizlik əməkdaşları azad edilmiş girovların kimliyini görüş məntəqəsində yoxlayacaq.

Xəbər xətti