""Mançester Yunayted" yaxşı komandadır, lakin ..." - Vilfrid Zaha

15:10 - 3 Oktyabr 2023 - İDMAN

"Qalatasaray"ın Fil Dişi Sahilinin ulduz futbolçusu Vilfrid Zaha UEFA Çempionlar Liqasının A qrupunun ikinci həftəsində sabah səfərdə qarşılaşacaqları İngiltərənin "Mançester Yunayted" komandasına çətinlik yarada biləcək oyunçuların olduğunu bildirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zaha sabah saat 22.00-da baş tutacaq qarşılaşmanın baş məşqçisi Okan Burukun da qatıldığı Old Trafford Stadionunda keçirilən mətbuat konfransında açıqlama verib.

"Düşünürəm ki, bir oyun kimi yetişmişəm. İndi böyük klub "Qalatasaray"dayam. Biz çox təcrübəli komandayıq və sabahkı matça hazırıq. Mançester "Yunayted" yaxşı komandadır, amma onları incidə biləcək oyunçularımız var. Hamımız sabahkı matçı səbirsizliklə gözləyirik" - Zaha deyib.

Karyerasında ikinci mərkəz hücumçusu kimi çıxış etdiyi xatırladılan təcrübəli futbolçu, "Mən sol cinahda oynamağa üstünlük verirəm. Bununla belə, məşqçimizin ehtiyac duyduğu bölgədə komandanın xeyrinə oynamalıyam. Məndən o mövqedə oynamaq istənilsəydi, təbii ki, oynadım. Bu, əvvəllər də oynadığım mövqedir” - o, əlavə edib.

Zaha daha əvvəl formanı geyindiyi üçün karyerasında “Mançester Yunayted”lə matçlarda əlavə motivasiya ilə meydana çıxmadığını bildirib.

Xəbər xətti