Amil Xəlil onu tənqid edənlərə CAVAB VERDİ

08:24 - 3 Oktyabr 2023 - Xəbər

Ötən gün Space TV-də efirə gedən verilişin alt yazısındakı texniki səhv sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Verilişin aparıcısı Amil Xəlil bu yanlışlığa görə TV-ni və onu tənqid edənlərə cavab verib:

“Kiçik və texniki səhv! Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən qrammatik səhv olursa, bu qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı… Nə isə! 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun!”.

Xatırladaq ki, verilişdə Xırdalan şəhərində baş verən dəhşətlə qətl hadisəsi müzakirə olunub. Belə ki, 1967-ci il təvəllüdlü Gülnarə Sərkərova həyat yoldaşı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov tərəfindən qətlə yetirilib. Daha sonra X. Sərkərov odlu silahdan atəş açaraq özünü öldürüb.

Verilişin alt yazısında titrlərdə isə belə yazılıb: “Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü”.

Xəbər xətti