İsrail Suriya ordusunun mövqelərinə raket zərbələri endirib

08:16 - 3 Oktyabr 2023 - DÜNYA

İsrail Suriya ordusunun Deyr əz-Zor əyalətindəki mövqelərinə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə SANA agentliyinə Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi məlumat verib.

Raket zərbələri nəticəsində iki əsgər yaralanıb və maddi ziyan dəyib.

“Al Hadath” telekanalının məlumatına görə, İsrail raketləri İraqla həmsərhəd Bu Kemal şəhərində yerləşən şiə birləşmələrinin komanda məntəqəsi və anbarlarına zərbələr endirib. Qeyd edilir ki, Suriya ordusunun tərəfində döyüşən şiə döyüşçülər canlı qüvvə və texnika itkisinə məruz qalıb.

Xəbər xətti