Türkiyə Metsamor AES-in bağlanmasını tələb edir

20:53 - 2 Oktyabr 2023 - DÜNYA

Türkiyə Böyük Millət Məclisinin iclasında Ermənistanda Türkiyə sərhədlərindən 16 km məsafədə yerləşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı tədbir görülməsi tələbi ilə müraciət edilib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM AES-in istismar müddətini başa vurması səbəbindən bütün region üçün təhlükə yaratdığını vurğulayıb.

Vətəndaşlardan parlamentə daxil olan ərizə və şikayətləri təhlil edən Türkiyə Böyük Millət Məclisinin Müraciət Komissiyasına atom elektrik stansiyalarının yaratdığı risklərə qarşı tədbir görülməsi ilə bağlı müraciət daxil olub.

Komissiya bu məsələ ilə bağlı nazirlik, idarə və təşkilatlar tərəfindən verilən məlumatlar əsasında müraciətə cavab verib.

Cavabda qeyd olunub ki, İğdır şəhəri nüvə stansiyasından kənarda və ya İğdırda insanların sağlamlığı üçün fəsadlara səbəb ola biləcək radiasiya fövqəladə halları zamanı planlaşdırma və fəaliyyət prinsiplərini müəyyən edən Radiasiya Fövqəladə Fəaliyyət Planı hazırlayıb.

Xarici İşlər Nazirliyi bildirib ki, Metsamor AES Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altındadır.

Xəbər xətti