Yekaterinburqda müəllimlərə WhatsApp və Telegram-dan istifadə qadağan edildi

19:09 - 29 Sentyabr 2023 - DÜNYA

Yekaterinburqda müəllimlərə WhatsApp və Telegram-da valideynlərlə əlaqə saxlamaq qadağan edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.Yekaterinburqda müəllimlərə WhatsApp və Telegram-da məktəblilərin valideynləri ilə əlaqə saxlamaq qadağan edilib.

Nəşrin məlumatına görə, Yekaterinburq məktəblilərinin valideynləri sinif rəhbərlərindən WhatsApp və Telegram messencerlərindən müəllimlərlə ünsiyyət vasitəsi kimi istifadəni dayandırmaq barədə bildirişlər almağa başlayıblar. Onlara kağız gündəliyindən istifadə edərək müəllimlərlə ünsiyyət qurmaq təklif olunur.

e1.ru saytının təqdim etdiyi yazışmaların skrinşotundan belə görünür ki, bu messencerlərdə valideynlərlə müəllimlər arasında əlaqə oktyabrın 1-dən dayandırılacaq. Nəşr qeyd edir ki, bu tədbir məktəb rabitəsini VKontakte və Sferum tərəfindən hazırlanmış yerli platformaya köçürmək üçün atılıb.

Xəbər xətti