Ermənistanın müdafiə naziri Tulada keçirilən iclasa getmədi

14:12 - 29 Sentyabr 2023 - DÜNYA

Ermənistanın müdafiə naziri Suren Papikyan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Tulaya getməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan Ermənistan News-NEWS.am müxbirinə bildirib.

"Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir" - o, qeyd edib. 

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu gün MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Tulada keçirilən iclasında Ermənistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi barədə məlumat yayıb.
 

Xəbər xətti