Pakistanda məsciddə partlayış baş verib

13:52 - 29 Sentyabr 2023 - DÜNYA

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məscidin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb, 50-dən çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər arasında polisin də olduğunu dəqiqləşdirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.

Bundan əvvəl Geo telekanalı partlayışın Məhəmməd peyğəmbərin doğum gününü qeyd etmək üçün camaatın toplaşdığı məscidin yaxınlığında baş verdiyini bildirmişdi. Hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb.

Xəbər xətti