“Türkiyədə də Qənirə xanım üçün matəm havası var” - Sinan Oğan

12:40 - 29 Sentyabr 2023 - Xəbər

“Türkiyədə də Qənirə xanım üçün matəm havası var”.

 Türkiyəli siyasətçi Sinan Oğan Qənirə Paşayevanın dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qənirə xanım qadın olsa da, bir əsgər kimi bizim sıralarımızda idi:

“30 il öncə tanıdığım Qənirə Paşayeva necə idisə, son günə qədər də elə qaldı. Millətinə, Vətəninə sadiq. Bu gün biz onu itirdik. Avropa Parlamentində, Türkiyədə onun çıxışları, azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizə tarixdə qalacaq. Mən onu tanıdığımda sizin kimi gənc bir jurnalist idim. Onun itkisi Türkiyə üçün sanki bir dövlət xadiminin vəfatı qədər ağırdır. Türkiyədə də hüzn var. Millət olaraq başımız sağ olsun, Allah rəhmət eləsin”.///oxu.az

Xəbər xətti