Neftçalada Anım Günü qeyd olundu - FOTO

14:32 - 27 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Neftçala şəhərində, rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü tədbirləri geniş şəkildə qeyd olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

İlk öncə Neftçala şəhərində Şəhidlər xiyabanındakı 20 yanvar hadisələri, Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • Neftçalada Anım Günü qeyd olundu - FOTOLAR
  • Neftçalada Anım Günü qeyd olundu - FOTOLAR
  • Neftçalada Anım Günü qeyd olundu - FOTOLAR
  • Neftçalada Anım Günü qeyd olundu - FOTOLAR

Xəbər xətti