Ruben Vardanyan saxlanılıb

14:26 - 27 Sentyabr 2023 - Xəbər

Qarabağda məskunlaşan separatçı ermənilərin "keçmiş dövlət naziri" Ruben Vardanyan Ermənistanın Sünik rayonunun Qoris şəhərinə getmək istəyərkən Azərbaycanla sərhəddə saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a ona yaxın mənbə məlumat verib.

“Ruben Vardanyan Laçın keçid məntəqəsindən keçərkən saxlanılıb”, - agentliyin həmsöhbəti bildirib.

Azərbaycan tərəfi, eləcə də Ermənistan hakimiyyəti tərəfindən hər hansı şərh verilməyib.

Vardanyanın həyat yoldaşı onun Azərbaycan hakimiyyəti tərəfindən həbs olunduğunu təsdiqləyib

Veronika Zonabend RBC-yə bildirib ki, Vardanyan son on ay ərzində tanınmamış respublikanın sakinləri ilə birlikdə Qarabağda olub. Onun sözlərinə görə, o, “minlərlə digər erməni ilə birlikdə Qarabağı tərk etməyə çalışarkən sərhəddə Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib və əsir düşüb”.

Xəbər xətti