ABŞ oktyabrda Filippində keçiriləcək dəniz təlimlərində müttəfiqlərinə qoşulacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Manila Times” Filippin ordusuna istinadən məlumat yayıb.
Məlumata görə, ktyabrın 2-dən 13-dək Luzon adasında keçiriləcək təlimlərdə Avstraliya və Fransa da iştirak edəcək, İndoneziya və Yeni Zelandiya müşahidəçi qismində iştirak edəcək. Böyük Britaniya, Kanada və Yaponiyanı da əhatə edən paralel təlim modulu da olacaq.