Ağsuda yol qəzası zamanı iki nəfər xəsarət alıb

20:51 - 26 Sentyabr 2023 - HADİSƏ

Ağsuda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Vəliyev Mirdamət Ələm oğlu və 1965-ci il təvəllüdlü Cəbrayılov Cabar Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti