Gədəbəydə polis yol qəzasında həlak olub

19:09 - 26 Sentyabr 2023 - HADİSƏ

Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.

APA-nın yerli bürosunun məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.

Xəbər xətti