Ukraynanın dövlət borcu artmaqda davam edib və bir ay ərzində 1 milyard dollar artaraq yeni rekord həddə - 133,9 milyard dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev məlumat verib.
"Avqustun 31-nə dövlət və dövlət zəmanətli borc 4,897 milyard qrivna və ya 133,9 milyard dollar təşkil edib. Avqustda dövlət borcu 0,8% artıb: 37 milyard qrivna, xarici valyuta ekvivalentində üstəgəl 1 milyard dollar", - Getmantsev telegram kanalında yazıb.
Eyni zamanda deputat qeyd edib ki, avqustda dövlət borcunun artımının 93%-i xarici borclanma, daha doğrusu Aİ-dən makromaliyyə yardımının növbəti tranşının cəlb edilməsi hesabına baş verib. 2022-ci ilin fevral ayından etibarən dövlət borcu qrivna ekvivalentində 79,4% (üstəgəl 2167,5 milyard), xarici valyuta ekvivalentində 43,5% (üstəgəl 40,6 milyard dollar) artıb. Getmantsevin fikrincə, bu, “bazardankənar dövlət büdcəsinin əhəmiyyətli kəsiri” ilə bağlıdır.