ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

14:56 - 26 Sentyabr 2023 - DÜNYA

ABŞ və Polşa Varşavaya müdafiənin modernləşdirilməsi üçün 2 milyard dollar kredit ayırmaq haqqında saziş imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinə istinadən yazırb. Xüsusilə, Polşa Ukraynaya sovet dövründən ötürülən avadanlıqları müasir modellərlə əvəz etməyi planlaşdırır.

Qeyd edilir ki, xarici hərbi maliyyələşdirmə haqqında saziş iki ölkə arasında hərbi əməkdaşlığı təşviq edir, çünki Polşa Ukraynadakı vəziyyət fonunda silahlı qüvvələrini gücləndirməyə çalışır.

Bildirilir ki, Polşa ABŞ-ın sadiq müttəfiqidir və onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir.

Xəbər xətti