İsrafilovun qətlində təqsirləndirilən kriminal avtoritetə hökm oxundu

12:12 - 26 Sentyabr 2023 - Xəbər

Moskvada məhkəmə Naberejnıye Çelnıdan olan “29-cu kompleks” kriminal icmasının lideri, "Alik Bolşoy" kimi tanınan Adıqan Salyahovu Tatarıstandan olan digər kriminal rəhbəri Aydar İsrafilovun qətlinin təşkilində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

2006-cı ildə Tatarıstanın Ali Məhkəməsi Salyahovu və mütəşəkkil cinayətkar qruplaşmanın 30 üzvünə 21 qətl və digər cinayətlərə görə hökm çıxarıb.

İsrafilovun qətli 1999-cu ildə Moskvada CSKA idman kompleksinin yaxınlığında baş verib. Salyahov bu cinayətin təşkilində təqsirli olduğunu etiraf edib. Onun işinə xüsusi qaydada və sübutlar araşdırılmadan baxılıb.

Xəbər xətti