Azərbaycan nefti cüzi ucuzlaşdı

10:03 - 26 Sentyabr 2023 - Xəbər

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,91 ABŞ dolları, yaxud 0,91% azalaraq 99,06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

Xəbər xətti