Faktiki hava açıqlanıb

17:37 - 25 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 17:00-a olan məlumatına əsasən, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan yağıb.

Xidmətdən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Xəbər xətti